Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səidin gözləri...

        Gözlərimizin önündə tarix dəyişdi və tarixin məğlubları tarixi qaliblərə çevrildi

Yenixeber.org: Mən mübaribənin içindən çıxmışam. Uşaqlığım başımın üstündən uçan “Alazan”ların, “Qrad”ların altından çıxıb qaçıb Bakıya və onun qəddar reallığı altında ola biləcək ən çətin özünü yaşayıb. 

Uşaqlığım 5 yaşında Füzuliyə atılan “Qrad” zərbələrindən xilas olmaq ümidi ilə elə o raketlərin müşaiyəti altında Bakı istiqamətində qaçarkən, siz nə edirdiniz, xatırlamıram?! Ola bilsin, siz də öz travmalarınızın işğalından xilasa çalışdırdınız.

Səid nə edirdi bilirəm: Uşaqlığını bir qutuya toplayıb Bakıya, xilasa doğru sürətlə yol alırdı. 

Uşaqlığını xilas edə bildi Səid: yaralı uşaqlığını, zədəli, travmalı uşaqlığını. Sınıq-salxaq uşaqlığını. Bakıya qədər gətirə bildi. Sonrası hüsran.

Mən mübaribənin içindən çıxmışam. Uşaqlığım başımın üstündən “Alazan”larla birgə uçub, Xəzərin bitdiyi yerə qonub.

Mən müharibənin nə olduğunu Səidin gözünə dəyən güllə səsindən eşitdim. Gözlərim müharibəni tanıyırdı, qulaqlarım yad idi. Nə pis, qulaqlarımı müharibənin nə olduğu ilə Səidin gözləri tanış elədi.

Səidin döyüşə-döyüşə uşaqlığını Füzuliyə aparıb, orada gəncliyini nöqtələməsi qışqırdı müharibənin nə olduğunu – uşaqlığımın travmaları ilə böyüyən ölümdən qorxan gəncliyimə.

İndi pafoslu sözlər yazmalı idim mətnin bu hissələrində. Uşaqlığımın başının üstündən uçub evimizin arxasındakı ölmüş ruhların üzərinə tökülən “Qrad” zərbələrinin səsi pafosumu oyadır.

Və Səidin şəhadəti müharibə ilə tanış edir gəncliyimi.

Mən Səidin şəhadətinin sonrasında yox idim müharibənin. Susdum. Pafosumu qatlayıb uşaqlığımın travmalı ciblərinə doldurdum. Uşaqlığım gəncliyimə müdriklik öyrətdi.

Səid barədə Səidin yoxluğu anından sonrakı hər gün bir işarə yazmaq istədim. Uşaqlığımız güllələri altından Bakıya doğru qaçıb qurtulmuşdu. O, uşaqlığının ağrılarını gəncliyinə bağışlamadı. Uşaqlığını apardığı torpaqlarla gözlərindən – gözləri ilə vidalaşdı. 

Gözlərimizin önündə tarix dəyişdi və gözlərimizin önündə tarixin məğlubları tarixi qaliblərə çevrildi. Gözlərinin önündə tarixi dəyişikliyə şahid olanların çox azı dərk etdi ki, o məğlubu bu qalibə çevirənlər gözlərindən öldülər. 

Gözlərindən öldülər. Baxışları gülləyə tuş gəldi və gözlərindən öldülər. 

Gözlərinin düşdüyü yerdən bayraq ucaldı. Bayraq yaşını gözlərinə sıxdı və oxudu: Sən bizimsən, bizimsən! Durduqca bədəndə can! 

Yaşa Səid! Gözlərinə qurban…

A.G.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam