Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gömrük Komitəsinin plandan əlavə yığdığı 374 milyon manat kimin cibindən ÇIXIB? – İLGİNC AÇIQLAMA

Dövlət Gömrük Komitəsinin rəhbəri yenə açıqlama verib və deyib ki, bu ilin ilk 10 ayında rəhbərlik etdiyi qurum planda nəzərdə tutulundan 374 milyon manat əlavə rüsum toplayıb. DGK sədri sanki kolxozda pambıq yığır, nə isə istehsal edir, əlavə dəyər yaradır. Hər dəfə fəxrlə çıxıb deyir ki, plandan əlavə pul ylğşıq.

Yenixeber.org: Bu fikirləri saytımıza açıqlamasında REAL-ın icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. O bildirib ki, əgər ölkədə ciddi iqtisadi canlanma olsaydı, ixrac-idxal əməliyyatları kəskin artsaydı, ÜDM artım göstərsəydi, o zaman iqtisadiyyatın yüksəldiyini, canlanma yarandığını və daha çox rüsum yığıldığını demək olardı: “Amma elə deyil, Gömrük Komitəsi müstəqil qurum kimi qalmaq uğrunda mübarizə aparır, İqtisadiyyat Nazirliyinə birləşdirilməsini istəmir, ona görə də iş adamlarının boğazına çöküb daha çox rüsum yığmağa və “afərin” almağa çalışır. Çox bəsit də metod fikirləşiblər. İş adamlarının təqdim etdiyi sənədlərə “inanmırlar”, deyirlər ki, “invoysda” qiyməti aşağı yazdırmısız, özləri qiymət müəyyən edir, və rüsum və ƏDV hesablayıb alırlar. Gömrük Komitəsinin ƏDV toplaması, yəni vergi yığması (rüsum yox ha, vergi) da ayrı bir nonsensdir”.

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Natiq Cəfərli əlavə edib ki, DGK-nın yığdığı hər manat vətəndaşın cibindən çıxır: “Deməli mənim, yəni  vətəndaşın cibindən plandan əlavə 374 milyon manat pul çıxartmısız. Bu gün sürətlə artan qiymətlərdə gömrük rüsumlarının yeni hesablanması qaydası önəmli rol oynayır. Səfər müəllim, hər ayın əvvəli plandan əlavə pul yığdığınız haqqında yeni “twitt” atanda mənə – vətəndaşa təşəkkür edin. Çünki o vəsait mənim, yəni vətəndaşın puludur”.(konkret.az)

Müşviq Tofiqoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam