Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-da koronavirus daha əvvəl yayılıbmış...-Çin alimləri belə düşünür

Çin alimləri: ABŞ-da koronavirus daha əvvəl yayılıb

Çin alimləri ABŞ-da koronavirusun Uhandan daha əvvəl yayılması barədə yeni versiya irəli sürüblər.

Yenixeber.org: Bu barədə "ChinaXiv" elmi portalında dərc olunan araşdırmada bildirilir.

Tədqiqat zamanı təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı haqqında statistik məlumatlardan istifadə edilib.

"İlk yoluxma hadisəsinin tarixini təyin etmək üçün ABŞ-dan seçilmiş 12 nümayəndədən alınan məlumatların təhlili zamanı yeni versiya ortaya çıxıb. Versiyaya görə, ilk yoluxma ehtimalı 2019-cu ilin avqust və oktyabr ayları arasında meydana gəlib. Bu, rəsmi olaraq elan edilən tarixdən daha əvvəldir", - araşdırmada deyilir.

Qeyd edək ki, ABŞ-da ilk təsdiqlənmiş yoluxma halı 2020-ci ilin yanvarın 20-i göstərilir. Alimlərin apardığı təhlillər isə bu tarixin 2019-cu ilin sentyabrı olduğunu göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam