Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ kəşfiyyatı Avropalı liderləri necə izləyib? – Qalmaqallı informasiya mediaya sızdı

 

Birləşmiş Ştatların Milli Təhlükəsizlik Agentliyi (NSA) 2012-ci ildən 2014-cü ilədək Almaniya Kansleri Angela Merkel daxil olmaqla Avropanın aparıcı siyasətçilərini izləyib. Danimarka və Avropa mediası bu işin Danimarka kəşfiyyatının köməyilə gerçəkləşdirildiyini yazır.

Yenixeber.org: Media Danimarka Müdafiə Kəşfiyyatı Xidmətinin 2015-ci ildə NSA-nın tərəfdaşlıqda roluna dair daxili təhqiqatının nəticələrini yayıb. Mayın 30-da Danimarkanın DR dövlət televiziyası təhqiqata çıxışı olan, adını çəkmədiyi doqquz mənbəyə istinad edib.

“NSA Danimarka hərbi kəşfiyyat bölməsi ilə əməkdaşlıqdan yararlanırmış”, DR bildirib.

Təhqiqata görə, NSA İsveç, Norveç, Fransa və Almaniyada aparıcı rəsmiləri izləmək üçün Danimarkanın informasiya kabellərindən istifadə edib. Rəsmilər sırasında Merkel, Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmeyer də olub.

İsveç, Norveç, Niderland və Britaniyaya gedib-gələn sualı internet xətlərinin quru kabel stansiyalarından bəziləri Birləşmiş Ştatların yaxın müttəfiqi olan Danimarkada yerləşir. İddialara görə, casusluq üçün Kopenhagen yaxınlığındakı adada xüsusi data mərkəzi tikilibmiş.

DR bildirir ki, 2019-cu ilin iyununda vəzifəyə keçmiş Danimarkanın Müdafiə naziri Trayn Bramsen 2020-ci ilin avqustunda casusluq haqda bilgiləndirilib. Bramsen telekanala deyib ki, yaxın müttəfiqləri sistematik dinləmək qəbuledilməzdir. NSA və Danimarka Müdafiə Kəşfiyyatı Xidməti məsələni şərh etməyib.

Almaniya kanslerinin sözçüsü isə bildirib ki, iddialardan jurnalistlər soruşanda xəbər tutublar və əlavə şərh verməyib.

Almaniya hökuməti mayın 31-də məlumatı izlədiyini bildirib.

İsveçin Müdafiə naziri Piter Hultqvist yerli SVT televiziyasına deyib ki, bu məsələlər üzrə tam məlumat tələb edir. O, Danimarkanın iddiaları izah etməli olduğunu vurğulayıb.

“Məsələnin açılmasını istəyirik”, – deyən Hultqvist “üttəfiqləri dinləməyin qəbuledilməz olduğunu söyləyib. Norveçin Müdafiə naziri Fransk Bakke-Jensen isə NRK televiziyasına “iddiaların ciddi qəbul edildiyini bildirib. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam