Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı - FOTOLAR

İşğaldan azad edilmiş Suqovuşan yüksəkliklərində yol infrastrukturu işləri və yeni kommunikasiya xətlərinin çəkilməsi üçün ərazini minalardan təmizləyən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis bölmələri bir vaxtlar Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə məxsus olan saxlanc yerini aşkarlayıblar.

Yenixeber.org: Bildirilir ki, piyada əleyhinə minalanmış ərazidə basdırılmış iki plastik çəlləkdə avtomat tüfənglər, pulemyot, qumbaraatan, süngü bıçaq, ərzaq məhsulları, siqaretlər, səssiz atəş cihazları, rabitə və optik müşahidə cihazları, GPS naviqatoru, zirehli jilet, siqnal tapançası, döyüş sursatları, həmçinin sadalanan silahlar üçün daraqlar və müxtəlif məqsədli patron qutular aşkarlanıb.

 

Kamuflyaj toru ilə örtülmüş anbarda olan çəlləklərin birində ASALA terror təşkilatının bayrağı və müəyyən miqdarda psixotrop həblər də tapılıb.

Faktla əlaqədar istintaq başladılıb və tapıntılar ekspertizaya göndərilib.

Suqovuşan yaxınlığındakı yüksəklikdəki anbarda tapılanların tam təhlilinə, “Caliber” hərbi-analitik “Youtube” layihəsinin 17.05.2021 tarixdə saat 12:00-da premyerası olacaq növbəti xüsusi buraxılışında baxa bilərsiniz.(Caliber.Az)

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam