Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qorxmaz Hüseynovun kürəkəni sərxoş halda qəza törətdi, ziyanı ödəmədi - FOTOLAR+VİDEO

 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. Onun qəza zamanı içkili olduğu bildirilir.

 Yenixeber.org: Hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub.

Turan Həsənzadənin hadisəni törədən zaman içkili olduğu məlum olub. T.Həsənzadə hadisə yerində avtomobil sahiblərinə deyib ki, maşınları düzəltdirəcək.

Lakin səhər saatlarında hadisə yerinə Elvin adlı bir şəxs gəlib və qəzanı özünün törətdiyini deyib. O bildirib ki, pulu olmadığı üçün maşınları düzəltdirməyəcək. Baş verən qəza ilə bağlı tərəflər arasında mübahisə davam edir. Mövzu ilə bağlı yeni təfərrüatları təqdim edəcəyik.

Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər şəxsdir. Onun dayısı Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur./musavat/ 

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam