Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Omanın - yeni sultanı məlum oldu

Omanın yeni sultanı məlum oldu
Omanın yeni sultanı ölkənin mədəniyyət və milli irs naziri Haysam bin Tarek əl Said olub.
Yenixeber.org: Bu barədə Oman mətbuatı yazıb. Yeni sultan Oman Şurasında (parlament tipli iki palatalı müşavirə orqanı) and içib.

Xatırladaq ki, 50 il ərzində Omana rəhbərlik etmiş sultan Qabus bin Səid 79 yaşında vəfat edib. Sultanın ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub, dövlət bayraqları 40 günlük endirilib.

Qabus bin Səid 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son zamanlar onun vəziyyətinin pisləşməsi barədə xəbərlər yayılmışdı.

1970-ci ildən hakimiyyətdə olan Qabusun övladı olmayıb. O, digər ərəb monarxiyalarının liderlərindən fərqli olaraq, varisinin adını ictimaiyyətə elan etməyib. Konstitusiyaya əsasən sultanı hakim ailə seçməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam