Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Rusiyada -200 metr dərinlikdə neft yanır

Rusiyanın Komi Respublikasında "Lukoil-Komi" MMC-nin istehsalat bölməsinin "Yareqaneft" şaxtasında 200 metr dərinlikdə neft yanır.

Yenixeber.org: Rusiya Fövqəladə Hallar Nazirliyinin Komi Respublikası üzrə Baş İdarəsinin mətbuat xidmətindən yanğının nəticələrinin aradan qaldırılması üçün işlərin davam etdirildiyini, ekzogen yanğın olduğundan prosesin yerin altında baş verdiyini bildiriblər.

Vurğulanıb ki, yanğın səbəbindən şaxtada işlər tamamilə dayandırılıb, “Yareqaneft”in digər iki şaxtasında iş normal qrafiklə gedir, onlar üçün heç bir təhlükə yoxdur.

"Yanğın lokallaşdırılıb, lakin söndürülməyib. Yanğın söndürüldükdən sonra səlahiyyət "Rostexnadzor"a təhvil veriləcək və yanğının səbəbləri barədə danışmaq mümkün olacaq", - mətbuat xidmətindən qeyd ediblər.

Qeyd olunur ki, yanğının söndürülməsi zamanı xilasedicilər şaxtaçı xilas ediblər, onun ağır yanıq və xəsarətlər almadığı bildirilir. Həkimlər ona şok keçirmə və dəm qazından zəhərlənmə diaqnozu qoyublar.

FHN-dən daha iki nəfərin axtarışlarının davam etdiyini də əlavə ediblər. Şaxtadakı yanğının nəticələri aradan qaldırıldıqdan sonra axtarış əməliyyatı aktiv fazaya keçəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam