Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Antirusiya sanksiyaları mənasızdır və Avropa İttifaqına zərər vurur!”

260921

Xeberinfo.com:   Rusiya KİV-nə istinadla məlumata görə, Slovakiyanın Baş naziri Robert Fitso «Teraz» saytına verdiyi müsahibədə (Bratislava) deyib ki, antirusiya sanksiyaları mümkün qədər tez bir zamanda ləğv olunmalıdır, çünki onlar mənasızdır və həm Avropa İttifaqına, həm də Rusiyaya ziyan vurur:

«Sanksiyalar mənasızdır. Onlar Avropa İttifaqına və Rusiyaya zərər vurur. Bunda hansısa üçüncü tərəf udur. Bu, mənasız oyundur və nə qədər tez qurtarsa, o qədər yaxşıdır» (TASS).

Bu zaman Baş nazir Minsk razılaşmasının həyata keçirilməsinə «ədalətli nəzarət»in tərəfdarı olduğunu önə çəkib: «Mən Ukraynanı ağ-qara tonda görmürəm – yaxşı ukraynalılar və pis rusiyalılar. Qərb, bütün siyasi və iqtisadi məsuliyyəti Ukraynanın üzərindən götürüb. Amma bu, o demək deyil ki, biz Ukraynanın buraxdığı səhvləri görməyəcəyik. Mən, Minsk razılaşmasının yerinə yetirilməsi üzərində ədalətli nəzarətin tərəfdarıyam. O zaman görəcəyik ki, kim nə ilə məşğuldur…».

Bununla bərabər, Fitso beynəlxalq mübahisə və problemlərin həlli məsələsində Rusyanın öncül rolunu da qeyd edib: «Bu gün Rusiyasız bir çox qlobal problemlərin həlli mümkün deyil. Ona görə də mən sanksiyaların ləğvinin və əməkdaşlığın tərəfdarıyam».


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam