Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyalı deputat Azərbaycanı işğal etməyə çağırdı – VİDEO

11E85314-177A-4844-BC93-C5DC9A8457F6_mw1024_s_n

“Bu ərazi bizim vətənimizin, bizim millətimizin ərazisidir”.

Xeberinfo.com:  Rusiya Dövlət Dumasının iqtidar “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Fedorov bəyan edib ki, onun ölkəsinin planlarına 1945-ci ildə olan sərhədlərin bərpa edilməsi daxildir.
Parlamentari ehtimal edir ki, SSRİ-nin, onun fikrincə isə “Rusiyanın” süqutuna dair 1991-ci ildə qəbul edilmiş bütün qərarlar qanunsuzdur.
Fedorov bəyan edib ki, Ukraynaya qarşı Donetsk və Luqansk vilayətlərində təcavüz bu məsələnin həlli texnologiyasıdır. O, həmçinin qeyd edib ki, bu fikri bir çox digər Rusiya siyasətçiləri dəstəkləyir.
0def7236353235e9334ed653770869547e92dc99Deputat həmçinin bildirib ki, Rusiyanı Suriyadakı hərbi əməliyyatlara hazırlamaqdansa, keçmiş SSRİ xalqlarına qarşı müharibəyə hazırlamaq daha asan olacaq.
Sovet İttifaqının bütün ərazisi isə beynəlxalq hüquqa görə, bizim vətənimizin, millətimizin ərazisidir. Və bu sərhədləri geri qaytarmalıyıq. Biz bunu etməli olacağıq”, – o deyib.
Bununla yanaşı deputat ehtimal edir ki, bunu NATO ilə (Baltikyanı dövlətlər Şimali atlantika alyansına daxildirlər – red.) qarşıdurmadan qaçınaraq etmək olar.
Bundan başqa, rusiyalı siyasətçi əmindir ki, Qərb ilə münasibətlərin getdikcə pisləşməsinə və sanksiyalara baxmadan əvvəlki sərhədləri qaytarmaq vacibdir.
“Bizim dözməyə səbəbimiz olmalıdır – həm şəxsi, həm bəşəri, həm sosial, həm də ümumiyyətlə, bütün hallarda. Bax, budur birləşdirici amil. Hansı amil? Rus dövlətinin tarixi sərhədlərinin bərpa edilməsi.
Bax, bizi, dövlətimizin bütün əhalisi və millətimizi son 1,5 ildə birləşdirən məqsəd budur. Hamını. Bu, bizə birləşməyə imkan verəcək yeganə məqsəddir. Və yük maşınlarının sürücüləri də, yaşam şəraiti çətinləşən pensiyaçılar da, aşağı maaş alan insanlar da birləşməlidir”, siyasətçi deyib.
Bununla yanaşı Fedorov bəyan edib ki, digər dövlətlərə hücum – bu, təcavüz deyil, “bərpaedici-müdafiə” prosesidir.
“Budur bizim bərpa və müdafiə – 1945-1991-ci il sərhədləri”, – rusiyalı siyasətçi sözünü yekunlaşdırıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam