RUSİYADAN YENİ NÜVƏ HƏMLƏSİ... -“Qiyamət günü” adlı nüvə raketlərini işə salıb

Rusiya “Qiyamət günü” döyüş başlıqları adlandırılan “Poseydon” nüvə torpedosu ilə silahlanan “Belqorod” sualtı qayığını Ağ dənizə buraxıb.
Yenixeber.org: Bu barədə “La Repubblica” nəşri NATO kəşfiyyatı xəbər verir.
“Son günlərdə “Belqorod” tez-tez “Şimal axını” qaz kəmərinin təxribatı ilə bağlı təhlillərdə xatırlanır. Çünki bu, gəminin əsas fəaliyyətlərindən biridir. Ehtimalara görə, Rusiya 24 metr uzunluğunda, iki meqaton olan atom döyüş başlığı ilə torpedonu sınaqdan keçirə bilər. Bir neçə meqaton tutumu olan “Poseydon” torpedoları 500 metrlik radioaktiv sunamiyə səbəb ola bilir. Bu raketlər Nyu York və Los Anceles kimi böyük şəhərləri belə məhv etməyə qadirdir. “Belqorod”un göyərtəsində 8 belə raket mövcuddur”, - məlumatda bildirilir.









AZ
RU