Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Həbs edilən icra başçısının oğlu: "Heç vaxt “Ferrari” markalı minik avtomobilim olmayıb"

 

 

Yenixeber.org: Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyev adının vaxtilə "Kapital Bank"ın Mingəçevir filialında baş vermiş yarım milyonluq yeyintidə hallanması, şəhərdə nömrəsiz "Ferrari" markalı avtomobillə gəzməsi ilə bağlı mətbuatda yayılmış məlumatı təkzib edib. R.Quliyev özü saytımıza bildirib ki, heç vaxt "Ferrari” markalı minik avtomobili olmayıb və daşıdığı vəzifələrdə nöqsana yol verməyib, hazırda isə hüquq-mühavizə orqanında vəzifə daşımaqda işini davam edir. 
"Mənim jurnalist həmkarlarınıza böyük hörmətim var və eyni zamanda xahiş edirəm ki, haqqımda doğru olmayan məlumatları yaymasınlar. Səhv məlumat ictimaiyyəti çaşdıra bilər. Ona görə də köhnə təkzib olunmuş məlumatları yaymaqla öz iş fəaliyyətlərinə kölgə salmış olarlar. Axı mətbuat cəmiyyətin güzgüsü sayılır. Biz də düzgün məlumatları yayan media qurumlarına inanıb onu izləyirik. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, səhv və əsassız məlumatları yayan media qurumları da var”.(criminal)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam