Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əhəd Abiyevin 15 min manata polisə işə düzəltmək istədiyi şəxsdən şok-YENİLƏNİR

Rəhimov Əhəd Səməd oğlu: «Cənab Prezident, Əhəd Abiyev nəvəmi polisə işə düzəltmək adı ilə məndən 15 min manat alıb, bu günədək aldadıb qaytarmır…»
Yenixeber.org: Goranboy rayonunun Todan kənd sakini, Qarabağ Müharibəsi veteranı, Qarabağ Əlillər Cəmiyyətinin və YAP-ın üzvü Rəhimov Əhəd Səməd oğlu Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. «Cənab Prezident, Əhəd Abiyev nəvəmi polisə işə düzəltmək adı ilə 2018-ci ildə məndən 15 min manat pul alıb, bu günədək qaytarmır. Pulu verəndə şahidlərim də var, sübutlarım da. Hər dəfə mənə bir bəhanə gətirir, gah deyir, həmin pulu rəisə vermişəm, gah deyir, Prezident Aparatında filankəsə qonaqlıq vermişəm, qaytaracağam. Amma qaytarmır…».
Xatırladırıq ki, geniş məzmunlu müraciətlə bağlı bir həftədir Əhəd Abiyevin mobil və iş telefonlarına zəng vursaq da, o, sorğumuzu cavablandırıb münasibət bildirmir. Hətta onun mobil telefonuna mesaj da yazıb məlumat vermişik. Yalnız bundan sonra bəzi şəxsləri redaksiyaya zəng vurdurub bizdən bu şikayəti it-bata salmağı xahiş etdirir.
Müraciətin tam mətni ilə az sonra tanış ola biləcəksiniz. Təəssüflə bildiririk ki, o boyda rayonun icra başçısı belə xırda işlərlə Prezidentin etimadını heçə endirir, insanları dövlətimizdən narazı salır.
«Təzadlar»

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam