Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

İtaliya mətbuatı -Azərbaycana dəstək aksiyasından yazır

İtaliya mətbuatı Azərbaycana dəstək aksiyasından yazır
İtaliyanın Agenzia Nova, Askanews, Sardegnagol, Gironale Diplomatico kimi kütləvi informasiya vasitələri Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törətdiyi hərbi təxribatı və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü İtaliya rəhbərliyinin, parlament üzvlərinin, yerli ictiamiyyətin diqqətinə çatdırmaq, eləcə də Ordumuza dəstək nümayiş etdirmək üçün İtaliyada yaşayan həmvətənlərimizin İtaliya parlamenti önündə sanksiyalaşdırılmış aksiyasını işıqlandırıblar.
Yenixeber.org: Məlumatlarda aksiya iştirakçılarının Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin ailələri və yaxınları ilə həmrəylik və yaxınlıq nümayiş etdirdiyi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində dayanan Milli Ordumuza dəstək nümayiş etdirdiyi deyilir.

Eləcə də iştirakçıların Ermənistanın təcavüzünün Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə, o cümlədən enerjidaşıyıcıların Avropa, xüsusilə də İtaliyaya davamlı təchizinə təhdid olduğu bildirdikləri və Ermənistanın son hərbi təxribatlarının pislənilməsi və bu ölkənin Azərbaycana qarşı təcavüz siyasətindən əl çəkməsi üçün ona təzyiq edilməsi barədə İtaliya hökuməti və parlamentinə çağırış etdikləri vurğulanır.

Məlumatlarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.giornalediplomatico.it/Aggressione-armena-ad-Azerbaigian-manifestazione-a-Montecitorio.htm

https://www.sardegnagol.eu/europa1/3064-gli-azerbaigiani-in-italia-manifestano-a-montecitorio.html

https://www.agenzianova.com/a/5f1800e4b19514.71769350/3033655/2020-07-21/azerbaigian-manifestazione-a-roma-del-consiglio-coordinamento-azerbaigiani-in-italia-contro-aggressione-armenia

https://azvision.az/redirect.php?url=http://www.askanews.it/video/2020/07/21/scontri-tovuz-azerbaigiani-in-italia-manifestano-a-montecitorio-20200721_video_12534298/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam