Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Kərimlinin müşaviri həbs olundu-FOTO

 

 Orduya dəstək mitinqi zamanı təxribat təşkil etdiklərinə görə həbs olunanlar arasında AXCP sədri Əli Kərimlinin müşaviri Asif Yusifli də var.

Yenixeber.org: Məlumata görə, Asif Yusifli iyulun 14-dən 15-nə keçən gecə Orduya dəstək aksiyası zamanı ictimai asayişi pozmaqda ittiham olunur.

Əli Kərimlinin müşavirinə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb və materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, üç ay müddətinə həbs edilib.

Xatırladaq ki, bundan əvvəl Daxili İşlər Nazirliyi Bakıda Orduya dəstək mitinqi zamanı təxribatlar təşkil edən bir qrup şəxsin həbs olunduğu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam