Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ÜST:Yeni aşkarlanan virus epidemiyaya çevrilə bilər

Hindistanın cənubunda insanlar arasında yeni virus yayılmağa başlayıb.

Yenixeber.org: İspaniyanın “Marca” nəşri xəbər verir ki, nipah adlanan bu virus beynin zədələnməsi və respirator xəstəliklərə yol açır.

Bu xəstəliyə düçar olanlar xüsusilə əzələ zəifliyi, boğazağrısı, hərarətdən şikayətlənirlər. Daha sonra isə bütün bu əlamətlər mərkəzi sinir sisteminin zədələnməsinə yol açaraq insanı komaya salır. İnfeksiya simptomsuz da inkişaf edə bilər. 

Məlumata görə, Hindistanda virusdan artıq 18 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin fikrincə, nipah virusunun dünyada epidemiya kimi yayılması təhlükəsi var. 

Bildirilib ki, koronavirusda olduğu kimi bu virusun daşıyıcıları da əsasən yarasalardır.

Qeyd edək ki, ilk nipah alovlanması 1999-cu ildə Malayziyada qeydə alınıb. Virusun adı ilk qeydə alındığı Kampunq-Sunqay-Nipah kəndinin adından götürülüb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam