Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Heydər Əliyev Fondu -konsert proqramı hazırlayıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə konsert proqramı hazırlanıb.

Yenixeber.org: Azərbaycanın tanınmış estrada ulduzlarının iştirak etdikləri konsert COVID-19 infeksiyası ilə mübarizədə ön cəbhədə dayanan peşə sahiblərinə həsr olunub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin 27-ci ildönümündə – Milli Qurtuluş Günündə təqdim olunacaq konsert proqramı həm də vətəndaşlara növbəti sınaq qarşısında birliyə, vahid qüvvə kimi çıxış etməyə, koronavirus pandemiyası ilə mübarizəyə dəstək verməyə, özləri və yaxınlarının sağlamlıqlarını qorumaq məqsədilə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırış məqsədi daşıyır.

Layihə ölkə ərazisində davam edən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Heydər Əliyev Mərkəzində, tamaşaçısız həyata keçirilib. Konsert iyunun 15-də AZTV və Xəzər Televiziyasında 21:00-da, İctimai Televiziyada isə 21:30-da yayımlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam