Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu deputat Ramil Səfərovdan danışdı

 

 “Mayın 26-da Avropa İnsan Hüquqları Məhkəməsi “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar çıxarıb. Həmin iş üzrə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası ilə bağlı müəyyən hadisələr baş verib”.
Yenixeber.org: Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı təsadüfi xarakter daşımır və ona hazırlıq uzun illər əvvəl başlayıb:

“Faktiki olaraq Ramil Səfərovun məsələsinə dair Avropa Parlamentinin 13 sentyabr 2002-ci il və AŞPA-nın “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Konvensiyadan sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər haqqında 18 noyabr 2014-cü il tarixli qərəzli qətnamələri məhkəmənin bu işdə bir sıra cəhədlərə görə Avropa İnsan Hüquqları Müdafiəsi Sistemindən Avropa İnsan Hüquqları Məhkəməsi president hüququndan kənara çıxan qərarının verilməsinə yaşıl işıq yandırıb”.

Deputat bildirib ki, Azərbaycan Avropa Konvensiyasına qoşulan zaman “Beynəlxalq müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının 19-cu maddəsinin tələblərinə uyğun olaraq 12-ci maddəyə dair qeyd-şərtlə çıxış edib: “Həmin qeyd-şərtə əsasən, Azərbaycandan verilən məhkum olunan şəxs barəsində əfv və amnistiya qərarı Azərbaycanın müvafiq səlahiyyətli orqanları ilə razılşadırılmalıdır. Konvensial maddə ilə belə bir qeyd-şərt Macarıstan tərəfindən edilməyib. Bununla bağlı tam məsuliyyətlə qeyd edə bilərəm ki, Azərbaycanın Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndindən irəli gələrək 31 avqust 2012-ci il ildə cənab Prezident tərəfindən Ramil Səfərov barəsində verilən əfv fərmanı birmənalı olaraq beynəlxlaq hüquqi razılşamadan irəli gəlir və dövlətimizin öz üzərinə götürdüyü öhdəliklərin hüquqi çərçivəsindədir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam