Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

"Narahat olmayın, heç kim ölməyəcək" - Lukaşenko vəd verdi

"Narahat olmayın, heç kim ölməyəcək" - Lukaşenko vəd verdi
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə heç kimin koronavirusdan ölməyəcəyini vəd edib.

Yenixeber.org: "Narahat olmayın. Ölkəmizdə koronavirusdan heç kim ölməyəcək. Bunu açıq şəkildə bəyan edirəm. Bu, mənim yalnız ötən illərin təhlilinə əsaslanaraq gəldiyim qəti əminlik deyil. Bizim bu il də əldə etdiyimiz təcrübə var", - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus virusla mübarizə sahəsində beynəlxalq təcrübədən çıxış edir. Lukaşenko, həmçinin yerli həkimlərin COVID-19-un müalicəsi üçün dərmanların kombinasiyasını həyata keçirdiklərini vurğulayıb.

Prezident əlavə edib ki, koronavirus indiyədək ölümə səbəb olmayıb, son günlər baş verən ölümləri xroniki xəstəliklərlə bağlıdır.

Bundan əlavə, Lukaşenko insanların ehtiyat tədbirlərinə riayət etdiklərini söyləyib: "Afərin sizə. Heç nəyi qadağan etmirik, amma həyat öz əlinizdədir. İnsan getmək istəmədiyi yerə getmir. Heç nəyi qadağan etmirik, heç bir karantin yoxdur. İndi küçədə boş gəzən insanlar yoxdur. Yəni insanlar reaksiya verdilər, bunu başa düşürlər və onları mənzillərdə saxlamaq, orada kilidləmək lazım deyil".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam