Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təqaüd islahatları əleyhinə nümayişlərdə 615 min nəfər iştirak edib-Fransada

 

 

Fransada təqaüd islahatları əleyhinə nümayişlərdə 615 min nəfər iştirak edib. Onların 76 min nəfəri Parisdə olub. 

Yenixeber.org: Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. Eyni zamanda, “Occurence” müstəqil monitorinq mərkəzinin hesablamalarına görə, Parisdə çərşənbə axşamı keçirilən aksiyalarda 72,5 min nəfər iştirak edib. Paytaxt nümayişlərinin təşkilatçılarından biri olan Baş Əmək Konfederasiyası Birliyi (CGT) Parisdə 350 min, ölkə üzrə isə 1,8 milyon nəfərin nümayişlərdə iştirak etdiyini açıqlayıb.

 

 

Ötən həftə ilə müqayisədə paytaxtda nümayişçilərin sayının artdığı vurğulanıb. Bundan başqa paytaxtda nümayişçilərlə polis arasında gərgin anlar yaşanıb. Parisdə nümayiş ərəfəsində polis və jandarma, 3759-dan çox profilaktik yoxlama keçirib. Təxminən iyirmi nəfərə yaxın şəxs tutulub. Nümayişçilərin böyük bir qismi paytaxtın şimal hissəsində “Respublika” meydanından “Millət” meydanına qədər yürüş edib. Yürüş zamanı “Qara Blok” radikalları polisə daş və şüşə parçaları ataraq onlara hücum etməyə başlayıblar. Hüquq-mühafizə qüvvələri etirazçılara cavab olaraq gözyaşardıcı qazdan istifadə edib və müxtəlif mənbələrə görə 13 nəfəri saxlayıb.

Qeyd edək ki, ölkədə balanslaşdırılmış təqaüd yaşının 67 yaşa qədər artırılacağı söylənilir. Əhalinin üçdəikisinin tətil və nümayişləri dəstəklədiyi bildirilir. Xatırladaq ki, Fransada kütləvi etirazlar dekabrın 5-də başlayıb. Nəqliyyat işçilərinin başlatdığı ümummilli tətil aksiyasına elə həmin gün həkimlər, müəllimlər, hüquqşünaslar, yanğınsöndürənlər və bir çox digər peşə nümayəndələri qoşulub. Fransızlar hökumətin pensiya islahatı həyata keçirmək planlarından narazılığını ifadə edirlər. İslahatlar çərçivəsində 42 kateqoriyadan olan vətəndaşlar, o cümlədən dəmiryolçular, energetiklər, hüquqşünaslar və hətta Paris Operasının işçiləri üçün imtiyaz və müavinətlər ləğv ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam