Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SON DƏQİQƏ: Siyanfər Əliyev Abşerona icra başçısı GƏTİRİLİR - Bələdiyyə sədrinin yaxınından İLGİNC İDDİA

 

Adı bir çox qalmaqallarda hallanan Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev icra başçısı olur.

Yenixeber.org: Bu barədə redaksiyamıza bələdiyyə sədrinin yaxınlarından biri məlumat sızdırıb.

Bildirilib ki, Masazır bələdiyyəsinin sədri bu dəfə seçkilərə qatılmayacaq. Səbəb isə yaxın aylarda onun Abşeron rayonuna icra başçısı gətirilməsidir. Siyanfər Əliyev necə icra başçısı ola bilər sualına isə, mənbə belə cavab verdi. "Sədrin yuxarıda olan dostu artıq bütün hesabları həll edib. Yaxın vaxtlarda siz də buna şahid olacaqsız...".

Gələn xəbərlərdə o da bildirilir ki, Siyanfər Əliyev yeni vəzifəsi ilə əlaqədər günlərdir dost, tanışlarına qonaqlıq verib, məclislər qurur.

Xatırladaq ki, bir müddət öncə S. Əliyevin adı MTN qalmaqalında hallansa da özünü sığortalaya bilmişdir. Baxmayaraq ki, Akif Çovdarovla qardaşlıq edən bələdiyyə sədri sonradan "ağsaqqalını" belə gələcəyinə qurban vermişdi.

undefined

Məlumatın həqiqətə uyğun olub-olmadığını  S. Əliyevdən öyrənmək istəsək də "bu nömrəyə zəng çatmır" cavabını aldıq.

Qarşı tərəfidə dinləməyə hazırıq.(ixa.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam