Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“QARABAĞ ONLAR ÜÇÜN AĞIR YÜKDÜR…” –Koçaryan yenə Paşinyanı ittiham etdi

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Paşinyan hökumətini sərt tənqid edib.

Yenixeber.org:  Sabiq prezident indiki hakimiyyəti Qarabağla bağlı təhlükəli siyasət aparmaqda günahlandırıb.

Koçaryan deyib ki, Paşinyan qondarma DQR-in işlərinə çox qarışmaqla danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədir və qondarma rejimin statusunu aşağı salır: “Mən Ermənistan prezidenti olandan sonra heç vaxt Qarabağın işlərinə qarışmamışam, bunu Serj Sarkisyan da etmirdi…”

Sabiq prezidentin dediyinə görə, Paşinyanın qondarma rejimlə bağlı bəyanatları danışıqlar prosesi iştirakçılarında belə qənaət yaradır ki, İrəvan Qarabağla bağlı bütün məsələləri təkbaşına həll edə bilər. Və belədə artıq Paşinyan xarici ölkə liderlərinə deyə bilməyəcək ki, qondarma rejimin razılığı olmadan, təkbaşına qərar verə bilməz.

Koçaryanda belə bir təəssürat yaranıb ki, Qarabağ indiki hakimiyyət üçün dəyər deyil: “İndiki hakimiyyət üçün Qarabağ ağır yükdür, dəyər yox. 90-cı illərdə Levon Ter-Petrosyanın idarəçiliyi dövründə də belə olub.Şüuraltı olaraq, hakimiyyət düşünür ki, bu ağır yükdən necə canını qurtarsın…”

Eks-prezident deyib ki, onun həbsi də Qarabağa dair mövqeyilə əlaqədardır: “Mənim keçmişim o qüvvələri narahat edir ki, onlar Qarabağ münaqişəsinin ermənilərin maraqlarına uyğun şəkildə həllinin baş tutmamasına can atırlar…”

Xatırladaq ki, 2008-ci il hadisələrinə görə həbs edilən Koçaryan qondarma rejimin keçmiş və indiki başçılarının zaminliyi əsasında azadlığa buraxılıb. Lakin onunla bağlı məhkəmə istintaqı davam edir.

“AzPolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam