Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Oqtay Əsədov:"Şəhid zabitlə bağlı məsələ beynəlxalq təşkilatlarda qaldırılacaq"

Erməni snayperinin atəşkəsi pozması nəticəsində Azərbaycanın şəhid olmuş zabiti Aqil Omarovla bağlı məsələnin beynəlxalq təşkilatlarda qaldırılması ilə bağlı tapşırıq verilib.

Yenixeber.org:  Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin iclasında bildirib.

O.Əsədov vurğulayıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna məsələ ilə bağlı mövqeyini çatdırıb: “Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”.

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam