Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Əli Əhmədov:"Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs..."

 "Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər həmin dərman vasitələri ilə təmin oluna bilərlər".

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına uyğun tutulur.

Ə.Əhmədov əlavə edib ki, hər il əhalinin müxtəlif təbəqələri üçün dövlət tərəfindən pulsuz formada dərmanlar verilir: "Bu xəstələrin siyahısını xəstəxanalar müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Bu siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Əgər kiminsə adı həmin siyahıda yoxdursa bu artıq ayrı məsələdir".

Onun sözlərinə görə, həmin şəxsin siyahıya salınması üçün əsasları və xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır: "Konkret faktlar varsa ki, hansısa yerdə kiməsə dərman çatmayıb, bunu ayrıca araşdırmaq lazımdır. Bütövlükdə Azərbaycan dövləti xəstə insanları pulsuz dərmanlarla təmin etmək üçün böyük məbləğdə vəsait ayırır. Bu vəsait də ünvanlı xərclənir, yəni ehtiyacı olan insanlara dərman verilməsi nəzərdə tutulur". (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam