Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Bu günün havası: Yağış, leysan, dolu

 

 
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi fonunda ötən günlə müqayisədə temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam