Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Tramp muzdlu ordunu bu ölkəyə göndərir-İDDİA

 

Adı İraq və Əfqanıstanda törədilən müharibə cinayətlərində çəkilən ABŞ-ın özəl təhlükəsizlik şirkəti “Blackwater”ın qurucusu Erik Prins Venesuela prezidenti Nikolas Maduronu devirmək üçün muzdlu ordu qurduğu iddia edilib.

Yenixeber.org: "Röyters"ə məlumat verən dörd mənbə Prinsin son aylar ərzində əməliyyat üçün Tramp tərəfdarları və mühacirətdə olan varlı venesuelalılardan maliyyə və siyasi yardımı istədiyini bildirib.

Prins ABŞ və Avropada keçirdiyi özəl görüşlərdə özünü müvəqqəti dövlət başçısı elan etmiş Xuan Quaydo adına döyüşmək üçün 5000 muzdlu əsgər yığaraq Venesuelaya göndərmək, hökumət qüvvələri ilə atışmaq və “stabilliyi təmin etmək” planını təklif edib. Prinsin muzdlu ordu yaradılması ilə bağlı görüşləri aprel ayının ortasında apardığı deyilir.

Biznesmenlərdən 40 milyon dollar tələb edən Prinsin Venesuelanın ABŞ və müttəfiqləri tərəfindən dondurulan milyardlarla dollar aktivlərindən maliyyələşməyə ümid edir. Amma bununla bağlı hüquq maneə var.

“Reuters” Prinsin hazırladığı planın Tramp hökumətinə təqdim edib-etmədiyi, təqdim edəcəksə planın qiymətləndirilməsi ilə bağlı Ağ Ev Təhlükəsizlik Şurasının mətbuat katibi Qarret Markesə sorğu göndərib, lakin cavab almayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam