Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Kim Çen In Trampa vaxt verdi -8 ay

 

 
Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ABŞ-la aparılan danışıqlardakı uğursuzluq gərginliyin yenidən bərpa olunması risklərini artırır. Bu səbəbdən də, o, yalnız Vaşinqton doğru münasibət sərgilədiyi təqdirdə ABŞ prezidenti Donald Trampla yenidən görüşə maraqlıdır. 
Yenixeber.org: "Reuters” xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət televiziyası bu gün Kim Çen Inın Ali Xalq Şurasındakı çıxışına istinadən mləumat yayıb. 

Şimali Koreya lideri bildirib ki, fevral keçirilən Hanoy sammitinin nəticələri onun ötən ildən başlayaraq beynəlxalq birliyin iştirakı ilə Vaşinqtonla danışıqlara başlamaq strategiyasının düzgünlüyünü sual altına qoyub. Bu mənada Kim Çen In ABŞ-a kompromisə meylli olması 8 ay vaxt verib. 

ABŞ Hanoydakı sammitə həyata keçirilməsi tamamilə mümkün olmayan variantların tapılması üzərində baş sındıraraq gəlmişdi və problemin həlli üçün bizimlə üz-üzə oturmağa özünü çox da hazırlamamışdı. ABŞ-ın indiki hesablama metodundan əl çəkərək, bizə münasibətdə yeni yanaşma sərgiləməsi vacibdir. Əgər ABŞ bu cür düşünməyə davam etsə, Koreya Xalq Demokratik Respublikasını (KXDR) nüvəsizləşdirməyə doğru hətta bir addım belə hərəkət etdirə bilməyəcək, nə də ki KXDR-lə neçə dəfə danışıqlar masasına əyləşməsindən asılı olmayaraq, heç bir mənfəət qazanmayacaq. Bu ilin sonunadək biz səbirlə ABŞ-dan cəsarətli qərar gözləyəcəyik. Amma düşünürəm ki, əvvəlki sammit kimi yaxşı imkanın bir də ələ düşməsi çox çətin olacaq” – Kim Çen In vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam