Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Bu rayonlara qar yağacaq, Bakıya isə intensiv... -PROQNOZ

 


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir, gecəyə doğru bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Aprelin 01-i axşamdan 02-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti təşkil edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam