Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Yasamal DYP RƏİSİ ŞİRKƏTLƏRDƏN “HAQQ” TƏLƏB EDİR! – Avtobusları cərimə meydançasına doldurub+ FOTOLAR

1av

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə yenicə rəis təyin edilmiş Məmməd Əliyev sərnişindaşıma şirkətlərini hədəfə alıb.

Yenixeber.org: DYP rəisinin özbaşınalığı ilə üzləşən şirkətlərdən birindən redaksiyamıza verilən məlumata görə, M.Əliyevin göstərişi ilə Yasamal rayonu ərazisindən keçən müxtəlif marşrut avtobusları cərimə meydançasına doldurulub.

“DYP rəisi avtobusların məxsus olduğu şirkət rəhbərlərinə ismarıc göndərərək aylıq “haqq” tələb edib. Hətta iş o yerə çatıb ki, Məmməd Əliyev heç bir qayda pozuntusuna yol verməmiş avtobusları da saxlayaraq cərimə meydançasına aparır. Sürücülər onların işinə mane olan, minlərlə insanı küçələrdə gözləməyə məcbur edən DYP rəisinin əməllərindən cana gəldiklərini bildiriblər” - saytımıza verilən məlumatda bildirilir.

O da qeyd olunur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları onlardan “haqq” tələb edən DYP əməkdaşı ilə bağlı dövlət rəhbərliyinə müraciət hazırlayırlar.

Qeyd olunan ittihamlarla bağlı DYP rəisinin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info

1av2av3 av4 av

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam