Redaktor seçimi
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Günün xəbəri

Güclü külək əsəcək - Üç gün

 

Üç gün güclü külək əsəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında martın 10-da havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq. 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək. 

Nazirlik xəbərdarlıq edir ki, martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam