Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Hava ilə bağlı xəbərdarlığımız qüvvədədir -Nazirlik

 

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsindədir.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Havanın temperature Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında isə yanvarın 18-də havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam