Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Güclü külək gözlənilir-Bu gün

 

Bu gün güclü külək gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. 

Departament küləkli hava ilə bağlı xəbərdarlıq edib. Belə ki, Bakıda və Abşeronyarımadasında yanvarın 15-i gündüz və 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam