Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

YAP-çı deputat Vahid Əhmədova qarşı çıxdı:“Yanlış təhlili ilə süni gərginlik yaradır...”

“Azərbaycanda manatın devalvasiyasından söhbət gedə bilməz. Milli valyutanın məzənnəsinin sabitliyi qorunub-saxlanılacaq, hətta möhkəmləndirilməsi istiqamətində addımlar atılacaq”.

Yenixeber.org: Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib. O, ölkədə növbəti devalvasiyanın olacağı ilə bağlı iddialara münasibət bildirərkən qeyd edib ki, manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur.

Maliyyə naziri Samir Şərifov deyib ki, manatın məzənnəsinin möhkəmlənməsi idxalın artmasına səbəb olur. Bu da Azərbaycanı cəlbedici ölkəyə çevirir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. O bildirib ki, aparılan siyasətin prioritet istiqaməti məhz makroiqtisadi balansın qorunub-saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub. Nazirin bu fikri yanlış mülahizələrə yol açıb, düzgün təhlil edilməyib”.

Deputat qeyd edib ki, Samir Şərifovun fikirləri qlobal iqtisadiyyata, Azərbaycanda və dünyada gedən iqtisadi proseslərə və təcrübələrə söykənir. “Yəni əslində fikir ondan ibarətdir ki, manatın məzənnəsi daha da möhkəmlənir və məzənnəsinin möhkəmləndiyi ərəfədə ixrac stimullaşdırılmalıdır. Burada söhbət manatın məzənnəsinin enməsindən getmir. Bəzi ekspertlər və deputat Vahid Əhmədovun təhlili yanlışdır, süni maliyyə gərginliyi yaratmağa hesablanıb. Milli Məclis 2019-cu ilin dövlət büdcəsi qəbul edilib. Büdcədə bununla bağlı risklər nəzərə alınıb”.

O, 2019-cu ilin dövlət büdcəsinin sosialyönümlü olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam