Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Azərbaycan Yaponiyayaya xalça ixrac edəcək



Bunu Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib© Report

"Dünyanın bütün ölkələrində Azərbaycanın xalçalarına təlabat var". 

Yenixeber.org: Bunu Bakıda xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktiki konfransda "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib. 

Onun sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycandan Yaponiyaya xalça ixracı ilə bağlı müqavilə imzalanacaq: "Onlara nümunələr göndərmişik". 

V.Muradov həmçinin qeyd edib ki, gələn il ölkədə 10 xalça fabrikinin tikilməsi nəzərdə tutulur: "Bununla da bu tipli fabriklərin sayı 30 -a çatacaq. Həmçinin regionlarda yun tədarükü məntəqələri də tikilir". 

"Azərxalça"nın sədri ötən ilin dekabr ayında Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici Boyaq Fabrikinin təməlinin qoyulduğunu xatırladıb və əlavə edib ki, tikinti işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır: "Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekunlaşacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam