Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türklərin mitinq keçirməsinə icazə verilmədi -Belçikada

Belçikanın ikinci böyük şəhəri Antverpenin qubernatoru Bart de Veyver oradakı ölkə vətəndaşı olan türk sakinlərin martın 17-də keçirmək istədikləri mitinqi qadağan edib.

 

Yenixeber.org:   “RİA Novosti”yə istinadən xəbərə görə, bu barədə Belçikada çıxan “Meuse” qəzetinin 14 mart tarixli sayında bildirilib.
Məlumata görə, mitiniq keçirilməsinin qadağan edilməsini Bart de Veyver belə əsaslandırıb: “Bu aksiya ictimai asayişi təhdid edir”.
Qəzet yazır ki, şəhər hakimiyyəti mitinqin türk iştirakçıları ilə flamandların ifrat sağyönlü “Flamand maraqları” Partiyası üzvləri arasında toqquşmanın olacağından ehtiyatlanır. Çünki bu siyasi təşkilatın üzvləri də həmin gün türk diaspor təmsilçilərinin aksiya keçirməsinə etiraz tədbiri keçirməyi planlaşdırıblarmış.
Xəbərdə bildirilib ki, bu aksyada qubernator tərəfində qadağan edilib.
Məlumatda vurğulanıb ki, bir müddət əvvəl Belçikanın xarici işlər naziri Yan Yambon yerli hakimiyyətləri krallığın türk sakinlərinin keçirəcəyi kütləvi aksiyaların təhlükəsizliyini təmin etməyə çağırıb. Həmin tədbirlərin isə krallığın paytaxtı Brüssel və Antverpen şəhərlərində keçirilməsi planlaşdırılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam