Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polislərin xidmət müddəti artırıla bilər -Qanun layihəsi

Azərbaycanın daxili işlər orqanlarında kiçik rəis heyəti (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) vəzifəsində çalışan işçilərin xidmət müddəti 5 ilə qədər artırıla bilər.

Xeberinfo.com:   Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə daxil edilib.

Layihəyə əsasən, bu, xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş, intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik rəis heyətinə şamil oluna bilər.

Hazırda isə xidmət müddətinin artrılması eyni nəticələr göstərən orta və böyük rəis heyəti vəzifələrində işləyən polis əməkdaşlarına şamil edilir.

Bu dəyişikliklər Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış polis əməkdaşlarının xidmət müddətinin artırılmasını nəzərdə tutan siyahını genişləndirmək məqsədilə təklif edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam