Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Günün fotosu: qazsız Bakının qazları

Günün fotosu: qazsız Bakının qazları

 

 

 

Günün fotosu budur. Şəkil Sabunçuda, bu gün çəkilib.

Xeberinfo.com:  Suyun içinə girmiş, təkərləri belə görünməyən bir avtomobil, baqajının üstündə cələklənib bağlanmış qazlar - 21-ci əsrin Bakısının miskin mənzərəsi.
Sabah bu şəkil "Röyters"in fotoqalereyasında yer alsa, heç kəs təəccüblənməsin. Belə şəkillərə biz Nepalın, Banqladeşin, Laosun, Kambocanın daşqın sularına gömülmüş şəhərlərindən hazırlanmış reportajlarda çox görmüşük. 
Güman ki, yiyəsi bu qazları bazara satmağa aparırmış, gəlib Sabunçunun ortasında yağış sularının yaratdığı gölə girib. 
Bəlkə də belə havada çörəkpulu qazanmaq hövlü ilə yola çıxan sürücünün ayaqları maşınının döşəməsinə sızmış suyun içindədir və o, özünü düşünmür, baqajın üstünə bağladığı qazların hayındadır.
Təkcə o sürücü deyil, bu gün bütün ölkə qaz hayındadır, ancaq ölkəyə rəsmən qış gəlmədiyi üçün əhaliyə verilən mavi qazın təzyiqini artırmırlar. Ona görə də evlər soyuqdur və insanlar maşın baqajının üstünə sarınmış qazlar qədər üşüyürlər.
Şəhər rəhbərliyi qazlı-qazlı "Bakımız" deməyi bilir. Qazsız Bakı isə selin-suyun içində qalıb. (Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam