Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərəstun Oruclu ABŞ-a köçdü

erestun

Keşmiş MTN əməkdaşı, Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu ABŞ-a köçüb.

Xeberinfo.com:   Bu barədə onun özü Facebook üzərindən məlumat yayıb. Ə.Oruclu yazır:

“Dəyərli dostlar!

Bəzi işlər səbəbindən ölkəni bir müddətə tərk etməli oldum və artıq bir neçə gündür ki, ABŞ-dayam. Burada olacağım müddətdə yerli araşdırma mərkəzlərinin birində bəzi mövzular üzərində işləməyi planlaşdırıram. Odur ki, qarşıdakı qısa zamanda işlərimin yetərincə intensiv olacağını nəzərə alaraq, facebook profilimi müvəqqəti bağlamalı olacağam. Ölkə xaricində olduğum müddətdə Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı heç bir şey yazmayacağam və bunun da səbəbi çox sadədir: düşünürəm ki, hər hansı toplumla bağlı sözünü demək üçün ilk növbədə onun içində olmaq vacibdir. Ən azı mənim üçün bu, sözlərinə, əməllərinə görə şəxsi məsuliyyət məsələsidir. Hər halda, ölkə daxilində olduğum müddətdə daim sözümü deməyə çalışmışam və belə də davam edəcəyəm. Hamınıza uğur, ailə səadəti, xoşbəxtlik arzulayıram! Yaxın zamanlarda görüşmək üzrə.

P.S. Vaxt qıtlığı səbəbindən bir çox şərhlərə və suallara cavab verə bilmirəm. Odur ki, üzürlü sayın. Bu andan etibarən ölkəyə qayıdacağım günədək media ilə də bütün əlaqələrimə fasilə verirəm.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam