Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Böyük qıtlıq gözlənilir

bosh-vitrinHakimiyyətin maliyyə siyasəti ölkəni uçuruma aparır

Ölkədə böyük qıtlıq gözlənilir.

Xeberinfo.com:   Bu barədə "Azadlıq"a sahibkarlar məlumat verib. Onların sözlərinə görə, qıtlığa səbəb dolların sürətlə qalxmasıdır: “Dollar qalxır. Banklar dollar satışını dayandırıb. Ölkəyə məhsul idxal etmək üçün dollar tapa bilmirik. Bu da qıtlığa səbəb ola bilər”,-deyə sahibkarlar bildirir.

Məlumat üçün deyək ki, artıq 23 bank dollar satışını dayandırıb. 10 bank isə 100 dollardan artıq satmır. Ekspertlər növbəti devalvasiyanın baş verəcəyini deyirlər. Bəzi mülahizələrə görə, növbəti devalvasiya 25 faiz civarında ola bilər. Lakin proses bununla da dayanmayacaq. “Hökumət hələlik qara bazarı canlandırıb. Qara bazarda 1 dollar 1.75 manata qalxıb. Hökumət vəziyyəti referenduma qədər bu cür saxlamağa çalışır. Lakin bunun mümkünsüz olduğu görünür. Ehtimal var ki, referenduma qədər 25 faizlik devalvasiya baş versin. Bundan sonra yenidən devalvasiyaya gediləcəyi gözlənilir”,-deyə ekspertlər bildirir.

Qıtlığa gəlincə, ekspertlər sahibkarlarla həmfikirdir: “Dollar bahalaşdıqca az gəlir gətirən məhsulların idxalı dayana bilər. Bu da əsasən qida məhsullarına aiddir. Bu halda təbii ki, qıtlıq yaranacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam