Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Almaniyada 250 mənzilli binanı alıb vəfat edən azərbaycanlı kimdir?


Almaniyanın Stendal əyalətində çoxbloklu yaşayış binası iki ildir binası boş qalıb və yerli hakimiyyət binanın gələcək aqibətini müəyyənləşdirmək üzərində baş sındırır. Lakin binanın Azərbaycandan olan sahibi vəfat edib və bu səbəbdən mülkiyyət hüququnun kimdə olması məsələsi mübahisəlidir.

Xeberinfo.com:   Məlumata görə, bu binanın əhvalatı haqda Almaniya mətbuatı yazır.

Yerli sahibkar Otto Fassbender bu ilin fevral ayında bildirib ki, o, 250 mənzilli binanı satın almaq və onu təmir edib qaçqınların, tələbələrin, tənha qocaların ixtiyarına vermək istərdi. Lakin sənədləşdirmə ilə bağlı problemlər var. Çünki bunun üçün uzaq Azərbaycandan icazə almaq lazımdır.

Binanın sahibi vəfat edib və Türkiyədən iki qadın özünü onun varisi adlandırıb. Onlar mülkiyyətin varisi olduqlarına dair sənədləri göndəriblər. Sənədlərdə binanın sahibi kimi Türkiyə şirkəti “Raks-AG” göstərilir. Şirkət Azərbaycandan olan investora məxsusdur. Hazırda o, sağ deyil. İndi binaya dair sərəncam vermək üçün Azərbaycandan sənədlər alınmalıdır. Bu isə xeyli vaxt aparır. Sahibkar deyir ki, o, Türkiyədən olan varislərlə telefon və internetlə əlaqə saxlayırdı. Lakin bu ölkədə vəziyyət gərginləşdiyindən 14 gündür ki, onlardan xəbər yoxdur.

Bina xeyli müddətdir istifadəsizdir, kommunal xidmətlərə görə yüz minlərlə avro borcu aranıb və 2014-cü ildən içməli su təchizatı kəsilib. Daha sonra binanın işığını da kəsiblər.(Virtualaz.org)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam