İspaniya, İrlandiya, Hollandiya, İslandiya və Sloveniyadan olan yayımçılar müsabiqədən imtina ediblər
Yenixeberorg.com: İsrailin iştirakı səbəbindən beş ölkə "Eurovision" Mahnı Müsabiqəsini boykot edib. AYNA.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"2026-cı il müsabiqəsində 35 ölkə iştirak etsə də, İspaniya, İrlandiya, Hollandiya, İslandiya və Sloveniyadan olan yayımçılar İsrailin iştirakına etiraz olaraq tədbirdən imtina ediblər", - deyə məlumatda vurğulanıb.
Bəzi ölkələr İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyata etiraz olaraq boykot elan edib, digərləri isə İsrail hökumətini soyqırımda ittiham edib.
Daha əvvəl terrorizmlə mübarizə üzrə ekspert Nikolaus Stokhammer bildirib ki, Vyana artan terror təhlükəsi fonunda "Eurovision"a ev sahibliyi etməyə hazırlaşır.










AZ
RU