Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Kallas Rusiyanın atəşkəsini "riyakar addım" adlandırıb və Aİ-nin yeni sanksiyalarını anons edib

Moskvanın elan etdiyi atəşkəs Rusiyada hərbi paradın keçirilməsinə imkan yaratmağa yönəlmiş "riyakar" bir addım olub, Rusiya qüvvələri isə bu zaman Ukraynadakı mülki obyektlərə hücumları davam etdirirdi.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

O qeyd edib ki, Ukrayna atəşkəs rejiminə əməl edib, Rusiya isə yox.

"Ukrayna, ilkin şərtlər olmadan irəli sürülən əvvəlki atəşkəs təkliflərində olduğu kimi, atəşkəsə əməl etdi. Rusiya isə faktiki olaraq etmədi", - Kallas deyib.

Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri bu gün ukraynalı uşaqların Rusiyaya deportasiyasında iştirak edən şəxslərə qarşı sanksiyalar məsələsində irəliləyişə nail olmağı planlaşdırırlar.

Kallas ukraynalı uşaqlarla bağlı vəziyyəti "dəhşətli" adlandırıb və vurğulayıb ki, Aİ onların qaytarılmasına həsr olunmuş ayrıca yüksək səviyyəli tədbir keçirəcək.

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Rusiya ilə danışıqlarda Aİ-nin nümayəndəsi təyin olunmasının mümkünlüyü barədə sualı cavablandırarkən, Kallas belə bir ideyanı rədd edib.

"Əgər biz Rusiyaya bizim adımızdan danışıqlar aparan şəxsi təyin etmək hüququ versək, bu, o qədər də ağıllı addım olmazdı", - o bildirib.

O əlavə edib ki, Şröder "Rusiya dövlət şirkətlərinin yüksək vəzifəli lobbisti olub"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam