Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

İranda ABŞ və İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

İranda Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və “Mossad” üçün casusluqda ittiham olunan şəxs edam edilib.

Yenixeberorg.com-un xəbərinə görə, bu barədə İran məhkəmə sistemi məlumat yayıb.

İran məhkəmə sistemi İrfan Şəkurzadənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıq ittihamı ilə edam olunduğunu açıqlayıb.

Şəkurzadənin ölkənin mühüm elmi qurumlarından birində çalışdığı dövrdə xarici xüsusi xidmət orqanları ilə əlaqə yaratdığı bildirilib.

Məlumata əsasən, o, xüsusilə MKİ və “Mossad”la əməkdaşlıq edərək ixtiyarında olan məxfi məlumatları qarşı tərəfə ötürməkdə təqsirli bilinib.

Qeyd olunub ki, Şəkurzadə fəaliyyəti dövründə peyk layihələri ilə bağlı şirkətdaxili məlumatları xarici tərəfə təqdim edib və bunun müqabilində kriptovalyuta formasında ödəniş alıb.

İran məhkəmə sistemindən o da bildirilib ki, aşkarlanan elektron yazışmalarda Şəkurzadənin ABŞ vizası və həmin ölkədə təhsil almaq üçün qarşı tərəfdən yardım istədiyi müəyyən olunub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam