Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Patruşev NATO-nu hədələdi -“Bunu etməyə hazırıq”

 

“Rusiya Baltik dənizində gəmiçilik üçün yaranan hər hansı məhdudiyyətlərə və blokada cəhdlərinə qarşı ən kəskin addımları atmağa hazırdır”.

Yenixeber.org xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev “Arqumenti i Faktı” qəzetinə müsahibəsində deyib.

O, NATO ölkələrini bölgədə gərginliyi artırmaqda günahlandırıb:

“Qərb dövlətləri, xüsusilə Britaniya, Fransa və Baltikyanı ölkələr Rusiyanın mülki gəmilərini saxlamaq və yoxlamaqla faktiki dəniz blokadası yaratmağa çalışırlar. Beynəlxalq hüquqa zidd olan bu cəhdlərin qarşısını almaq üçün Rusiya Hərbi Dəniz Qüvvələrini səfərbər etməyə və tankerləri hərbi müşayiətlə qorumağa hazırdır”.

Siyasətçinin sözlərinə görə, Avropa İttifaqının Rusiya neftini daşıyan gəmilər üçün istifadə etdiyi “kölgə donanması” ifadəsi hüquqi əsası olmayan bir uydurmadır:

“Əgər diplomatik yollarla gəmiçilik azadlığı bərpa olunmasa, Rusiya donanması hərbi güc tətbiq edərək blokadaya son qoyacaq. Bu mühafizə tədbirləri yalnız Baltik dənizi ilə məhdudlaşmayacaq və Rusiyanın strateji maraqlarının olduğu bütün dəniz marşrutlarını əhatə edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam