Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” sığınacaqda yaşayan uşaqların yaradıcılıq təşəbbüsünə dəstək oldu-FOTOLAR

 

Sərfəli mobil operator “Nar” “Qaranlıqdan sonra…” adlı sosial təşəbbüsə dəstək göstərib. Layihə Azərbaycan Uşaqları İctimai Birliyi tərəfindən sığınacaqda yaşayan uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, özlərinə inamlarının artırılması və cəmiyyətə inteqrasiyasının təşviqi məqsədilə təşkil olunub. 

Yenixeber.org: Tədbir çərçivəsində uşaqların istifadə olunmuş materiallardan hazırladıqları əl işlərindən ibarət sərgi təqdim edilib. Yararsız hesab edilən sap və digər materiallara ikinci həyat verilməsi həm ekoloji yanaşmanı, həm də uşaqların yaradıcı baxışını əks etdirib. Proqramın davamında Azərbaycan filmlərindən seçilmiş səhnələr musiqi və rəqs elementləri ilə səhnələşdirilərək təqdim olunub. Bu format iştirakçıların səhnə mədəniyyətinin, komanda işi və özünüifadə bacarıqlarının inkişafına şərait yaradıb. Tədbirin sonunda Arzu Əliyevanın iştirakı ilə Birliyin “Özgə uşağı olmur” himni səsləndirilib. Tədbirdən əldə olunan vəsait sığınacaqda yaşayan qızların təhsil ehtiyaclarına yönəldiləcək.

“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uşaqların təhlükəsiz mühitdə inkişafını, təhsilə çıxış imkanlarının genişləndirilməsini və həssas sosial qrupların cəmiyyətə inteqrasiyasını prioritet istiqamətlərdən biri hesab edir. Şirkət bu kimi təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı təşviq etməklə yanaşı, gələcəyin sağlam və özünəinamlı nəslinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam