Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Allahşükür Paşazadə: Dindarlar da süni intellektin imkanlarından istifadə etməlidirlər

 

İslam dini tərəqqi və rifah yönündə hər hansı yeniliyin, o cümlədən süni intellektin də əleyhinə deyil.

Yenixeber.org xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə qurumun Qazılar Şurasının iclasında deyib.

O xatırladıb ki, Prezident İlham Əliyev bu yaxınlarda qeyd olunan aktual məsələyə dair xüsusi müşavirə keçirib, dövlət qurumlarına müvafiq tapşırıqlar verdi:

"Cəmiyyətimizi maraqlandıran bu mövzu zəmanəmizin yeni reallığıdır və din xadimləri cəmiyyəti, dindarları bu istiqamətdə maarifləndirmə işində kənarda qalmamalıdırlar. İslam elm və maarifi təşviq edən mütərəqqi dindir. Biz, din xadimləri, dindarlar da süni intellektin imkanlarından istifadə etməliyik və bu, dini baxımdan caizdir. Süni intellektdən, rəqəmsal texnologiyalardan istifadə etməyin faydaları dindarlara çatdırılmalı, onun yardımından gündəlik həyatda yararlanmanın yolları aşılanmalıdır".

A.Paşazadənin fikrincə, İslami dəyərlərin süni intellektə inteqrasiyası zamanı Allahla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməlidir:

"Ən əsası, İslami dəyərlərin məğzi dəyişdirilməməlidir. Namaz, dua və dini ayinləri heç nə əvəz edə bilməz. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz. Süni intellektin elm, təhsil, texnika, tibb, xidmət, istehsal və sair sahələrdə olduqca böyük imkanları var və bəşər övladı bu imkanlardan yararlanmaqdadır və bu caizdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam