Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Japarov:Növbədənkənar seçkilərin keçirilməsini təklif edən qrupun fəaliyyəti araşdırılır

 

Qırğızıstanda müvafiq orqanlar tərəfindən ölkədə növbədənkənar seçkilərin keçirilməsini təklif edən qrupun fəaliyyətinin miqyasını müəyyən etmək üçün istintaq tədbirləri həyata keçirilir.

Yenixeber.org xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Kabar" agentliyinə müsahibəsində bəyan edib.

"Məhz istintaq göstərəcək ki, haqqında danışdığınız təşəbbüs nə qədər miqyaslı olub və neçə nəfər iştirak edib. İştirakçıların sayı hətta indi səsləndirilənlərdən də çox ola bilər, lakin istintaqın nəticələri əldə edildikdən sonra dəqiq cavab verə biləcəyəm", - o qeyd edib.

Xatırladaq ki, fevralın 9-da Qırğızıstanın tanınmış siyasi və ictimai xadimlərindən ibarət qrup ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edən petisiya yayımlayıb. Prezidentə müraciəti 75 nəfər imzalayıb, onların arasında iki sabiq baş nazir, bir neçə sabiq deputat və sabiq nazir də var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam