Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN inspektor vəzifələrinə qadınların xidmətə qəbulu ilə bağlı müsabiqə elan edib

 

Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir.

Yenixeber.org xəbər verir ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20–30 yaş aralığında, boyu 160 sm-dən yuxarı olan, özü və yaxın qohumlarının məhkumluğu olmayan, qadın cinsli Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqə zamanı kompüterdə işləmək bacarığı olan, məsuliyyətli və diqqətli, ən azı bir xarici dili sərbəst bilən, həmçinin 3 illik pedaqoji təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İştirak etmək istəyən şəxslər 2026-cı il fevralın 10-dan martın 10-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında — www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq bki@mia.gov.az elektron poçt ünvanına göndərməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam