Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda startap sertifikatı ilə gəlir vergisinə güzəştin müddətinə yenidən baxmaq təklif edilir

Azərbaycanda startap sertifikatı ilə gəlir vergisinə tətbiq edilən güzəştin müddətinə yenidən baxılmalıdır.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Sənədə əsasən, hazırda startap sertifikatı ilə gəlir vergisindən azadolma imkanı yalnız mikro və kiçik sahibkarlıq subyekti kateqoriyasına aid olan müəssisələrə şamil edilir: "Bu səbəbdən dövriyyəsi 3 milyon manatı keçən şirkətlər avtomatik olaraq güzəşt çərçivəsindən kənarda qalır. Bu siyasət müasir innovativ biznes modellərini, aqreqatorlar, platformalar və resellerləri nəzərə almır. Aqreqator, platforma və ya vasitəçi kimi fəaliyyət göstərən startaplar (məsələn, bir neçə təchizatçının xidmətlərini təkrar satanlar) yüksək ümumi dövriyyə göstərdikləri üçün qeyriənənəvi fəaliyyət modellərinə görə faktiki olaraq cəzalandırılırlar. Bu modellərdə startapın topladığı yüksək dövriyyə ("gross sales") faktiki olaraq dərhal təchizatçılara ötürülür və şirkətin real gəliri yalnız tutduğu komissiya və ya xidmət haqqından ibarət olur.

Üstəlik, yüksək dövriyyəyə baxmayaraq, sıfırdan qurulan əksər startaplar mənfəət əldə etmir, çünki əldə olunan bütün gəlir böyüməyə, miqyaslanmaya və insan kapitalına yenidən investisiya edilir. Bu baxımdan, startap sertifikatı altında verilən gəlir vergisi güzəştləri yüksək artım tempində olan, lakin mənfəətsiz startaplar üçün faktiki fayda təmin etmir. Yüksək artım potensialı olan startaplar əsasən 5-10 il ərzində qəsdən mənfəətsiz fəaliyyət göstərirlər, çünki texnologiyaya və bazar payının genişləndirilməsinə sərmayə yatırırlar. Bu isə o deməkdir ki, vergi güzəşti müddəti bitənə qədər şirkətin gəliri olmur və güzəşt real tətbiq oluna bilmir. Nəticədə, mexanizm öz effektini itirir və startaplar və təsisçilər vergi güzəştindən faydalana bilmək üçün faktiki olaraq gözləmə mövqeyinə keçirlər."

"Mövcud startap sertifikatı modelinə dair aşağıdakı dəyişiklikləri təklif edirik:

a) Startap sertifikatı üçün uyğunluq yalnız dövlət qeydiyyatından keçdiyi ilk 2 il ərzində müraciət edən şirkətlərə şamil edilsin. Bu, siyasətin məhz yeni yaradılmış startaplara yönəlməsini təmin edəcək.

b) Mövcud dövriyyə əsaslı model ümumi mənfəətə (ümumi dövriyyə çıxılsın mal/xidmətlərin maya dəyəri) və ya xalis mənfəətə (qazanılan komissiya və ya xidməthaqqı) əsaslanan model ilə əvəz edilsin. Bu, startapın real fəaliyyət həcmini dövriyyədən daha dəqiq əks etdirir.

Gəlir vergisi güzəşti müddəti yenidən müəyyən edilsin. Mövcud 3 illik sabit güzəşt dövrü dəyişdirilərək, 10 illik uyğunluq müddəti ərzində şirkətin mənfəət göstərdiyi ilk 3 maliyyə ili üçün tətbiq edilməsini təklif edirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam