Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ombudsman "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb

 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb.

Yenixeber.org-un məlumatına görə, S.Əliyeva parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında yeni layihə barədə danışarkən bildirib ki, sənəddə təsbit olunmuş müddəalar Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin Azərbaycan Hökumətinin dövri məruzələri üzrə bu istiqamətdə verdiyi tövsiyələrin icrası baxımından da əhəmiyyətlidir.

Onun sözlərinə görə, uşaq hüquqlarının müdafiəsi və təşviqi Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olaraq daima diqqətdə saxlanılır, bu sahədə çoxşaxəli fəaliyyət həyata keçirilir və daha da təkmilləşdirilir:

"Hazırkı layihə qüvvədə olan "Uşaq hüquqları haqqında" qanundan fərqli olaraq, uşaq hüquqları sahəsində mövcud prinsipləri, uşaqların hüquq və azadlıqlarını, onların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını daha ətraflı və dəqiq əks etdirir. Bununla yanaşı, layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərin göstərilməsi uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, həmin uşaqların aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir".

Ombudsman qeyd edib ki, digər mühüm dəyişiklik layihədə uşaqlar barəsində icraata dair müddəaların ətraflı şəkildə verilməsindən ibarətdir:

"Həmin müddəalar bu sahədə mövcud olan beynəlxalq hüquq normalarında əks olunmuş prinsiplərin ehtiva olunması və uşaqların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Qanun layihəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə qurumların, o cümlədən Ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən edilməsi uşaq hüquqlarını müdafiəsi və beynəlxalq normalara uyğunluğu baxımından xüsusi əhəmiyyət kəsb edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam